Rusiyadakı türk səfirliyinə yalvarış ruhlu sorğu: "Boğazlar bağlanacaq, yoxsa yox"?

Rusiyadakı türk səfirliyinə yalvarış ruhlu sorğu: "Boğazlar bağlanacaq, yoxsa yox"?

Kremlin qorxulu röyası reallaşa bilər...

Suriya səmasında uçuşlarhəyata keçirən və Əsəd rejiminə dəstək verən Rusiya SQ-nə aid olduğu ehtimaledilən helekopterin türk ordusu tərəfindən vurulmasını əks etdirən video görüntü media və sosial şəbəkələrdəböyük marağa səbəb olub.

Moderator.az xəbər verirki, Suriyada getdikcə ciddi itkilər verməyə başlayan və bir sıra şəhərləri tərketmək məcburiyyəti ilə üzləşən Rusiya, daha ciddi bir problemlə üz-üzə qalaqbilər. Belə ki, Suriyada faktiki olaraq Rusiya ilə açıq qarşıdurma şəraitindəolan Türkiyənin Bosfor və Dardanel boğazlarının bağlaya biləcəyi ehtimalı Moskvadaciddi narahatlığa səbəb olmaqdadır.

Rusiyalı hərbi-siyasiekspertlərin “böyük təhlükə” kimi dəyərləndirkləri bu ehtimalınreallaşıb-reallaşmayacağını hələ bəlli olmasa da, rus mediasında bu təhlükəninmümkün nəticələri ilə bağlı çoxsaylı yazılar yer almaqdadır. Məlum ehtimalaaydınlıq gətirmək üçün

Türkiyənin Rusiyadakı səfirliyinəsorğu da təqdim edilib. Lakin Rusiya mediası adından daxil olan sorğuya bu ölkədəkitürk səfirliyinin hələ də cavab verməməsi, rusların narahatlığını bir qədər dəartmasına səbəb olub.

Rusiya mediası xatırladırki, 1936-cı il qanununa əsasən Türkiyənin “qaçılmaz hərbi təhlükə altında”olduğu zaman boğazları bağlamaq hüququ var. Hansı ki, Türkiyənin bu hüquqdanistifadəsi Rusiya üçün ciddi problemlər deməkdir.

Seymur ƏLİYEV

Mənbə: moderator.az