Nazirlər Kabineti ölkədə yaranan tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirdi

Nazirlər Kabineti ölkədə yaranan tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirdi

Nazirlər Kabineti yanında operativ qərargah ölkədə yaranan tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirilib.

Oxu.Az-ın məlumatına görə, qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib ki, onların səlahiyyətində olan xəstəxanalarda belə problem yoxdur:

“Ümumiyyətlə, respublikanın maska və tibbi spirtlə təminatı bizim səlahiyyətimizdə deyil”.

TƏBİB-in Yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, maskanı xəstəliyə yoluxmuş şəxs taxmalıdır:

“Bu da infeksiyanın ətrafa yayılmasının qarşısını alır”.

Respublikanın baş infeksionisti Cəlal İsayev deyib ki, maska qıtlığı məsələsi daha çox mətbuat tərəfindən şişirdilir.

İlhamə Əbülfət

Mənbə: www.oxu.az