Azərbaycanın koronavirusa görə bəzi ölkələrlə sərhədləri bağlana bilər - RƏSMİ

Azərbaycanın koronavirusa görə bəzi ölkələrlə sərhədləri bağlana bilər - RƏSMİ

Azərbaycanın koronavirusla bağlı bəzi ölkələrlə sərhədləri bağlana bilər.

E-huquq.az-ın məlumatın görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə tədbirlər görülür: "Azərbaycana koronavirusun keçməsinin qarşısının alınması üçün bütün lazımi addımlar atılır. Azərbaycanın bu xəstəlik aşkarlanan ölkələrlə sərhədi bağlaması istiqamətində çox yüksək səviyyədə danışıqlar aparılır. Danışıqların nəticəsi olaraq bu barədə qərar veriləcək".

Qeyd edək ki, Azərbaycanın cənub qonşusu İran koronavirusun ən çox yayıldığı ölkələrdən biridir. Artıq bu ölkədə onlarla insan bu virusdan dünyasını dəyişib.

Mənbə: e-huquq.az