Erməni deputat: “Fevral ayı ordu üçün çox ağır ay idi”.

Erməni deputat: “Fevral ayı ordu üçün çox ağır ay idi”.

“Silahlı qüvvələrdə hər hansı intihar hadisəsinin olmamasına nail olmaq lazımdır”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan bildirib.

O qeyd edib ki, fevral ayı ordu üçün çox ağır ay idi

“Silahlı qüvvələrimiz bu gün təhlükəsizliyimizin təminatçısıdır. Bu atmosfer bir çox hallarla əlaqəlidir, düzəltməli olduğumuz çatışmazlıqlar var, lakin bunlar çətinliklə düzəldiləcək problemlərdir, çünki hüquqi, psixoloji və bir çox başqa problemlərlə əlaqəlidir”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az