Kritik görüşün vaxtı açıqlandı: Ərdoğan və Putin bu tarixdə görüşəcək

Kritik görüşün vaxtı açıqlandı: Ərdoğan və Putin bu tarixdə görüşəcək

“Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş martın 5-i ya da 6-sı baş tuta bilər”.

REAL-ın Rusiya bürosunun verdiyi məlumata görə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov hesab edir ki, İdlibin əsas problemi Moskva ilə Ankara arasındakı razılaşmaların praktik olaraq necə həyata keçirilməsidir.

Qeyd edək ki, Suriya ordusunun İdlibdə türkiyəli hərbçilərin həlak olması ilə nəticələnən hücumlarından sonra bölgədə vəziyyət gərginləşib.

 

Mənbə: www.realtv.az