Ərdoğan Trampla danışdı - Təcili

Ərdoğan Trampla danışdı - Təcili

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, liderlər telefon söhbətində regional məsələləri, xüsusilə ikitərəfli problemlər və İdlibdəki son hadisələri müzakirə edib.

 Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyənin İdlibi Suriya prezidenti Bəşşar Əsədə məxsus qüvvələrdən təmizləmək qətiyyətini təsdiq edib. Hər iki lider yaxın vaxtlarda İdlibdə böyük humanitar faciənin qarşısının alınması üçün əlavə addımların atılması təşəbbüsünü razılaşdırıb. 

Mənbə: axar.az