Putinin qızı milyardlıq büdcəyə malik “Süni intellekt problemləri institutu”nun rəhbəri oldu

Putinin qızı milyardlıq büdcəyə malik “Süni intellekt problemləri institutu”nun rəhbəri oldu

Rusiya prezidenti Vladimir Putinin kiçik qızı Katerina Tixonova Moskva Dövlət Universitetinin “Süni intellekt və intellektual sistem problemlərinin araşdırılması institutu”nun direktoru təyin edilib.

Bu barədə Azadlıq radiosunun Rusiya bölməsi tərəfindən məlumat yayılıb.

Saytın xəbərində MDU-nun rektoru Viktor Sadovniçinin Elmi Şuranın iclasında Yekaterina Tixonovanın təqdimatını etdiyi də bildirilib. Təqdimaıtn hələ bu ilin yanvarın 20-də keçrilməsinə rəğmən rəsmi məlumat yalnız bu gün təsdiqlənib.

Qeyd etmək lazımdır ki, Katerina Tixonova bundan öncə MDU-nun “İnnnopraktika” adı ilə tanınan “Milli intellektual inkişaf” fondunun baş direktoru vəzifəsində çalışırdı. Rusiya və Qərb mətbuatı artıq uzun müddətdir ki, K. Tixonovanı Vladimir Putinin qızı olduğunu bildirir. Nə prezident nə də xanım Tixonova bu məlumatı təkzib və ya inkar etmirlər.

Süni intellekt sahəsi və bununla bağlı xüsusi institutun yaradılması məsələsi Rusiya prezidentinin gündəmində olan problemlərdən sayılır. Hələ ötən ilin mayında Rusiyanın “Birbaşa investisiyalar fondu”nun baş direktoru Kiril Dmitriyev prezidentin iştirakı ilə keçirilən iclasda müvafiq strukturun yaradılmasını təklif etmiş və V.Putin onu dəsətkləmişdi.

Rusiya dövlət başçısı tez-tez “süni intellektdə monopoliyanı əldə edən, dünyanın hökmranı olacaq” deməyi xoşlayır.

Qeyd etmək lazımdır ki, Vladimir Putinin iki qızının dövlət büdcəsi hesabına biznes fəaliyyəti ilə məşğul olması mətbuatın gündəmində qalan mövzulardan sayılır. Hələ ötən iln dekabr ayının 19-da Rusiya prezidentinin ümumi mətbuat konfransında BBC müxbiri Fəridə Rüstəmova ondan qızları Mariya Vorontsova və Katerina Tixonova haqqında soruşmuşdu.

Fəridə Rüstəmova Katerina Tixonovanın “İnnopraktika” fondu vasitəsilə dövlətdən ən az yarım milyard pul aldığını, həmin fondun federal idarə və qurumların bahalı layihələrini icra etdiyini bildirmişdi.

Mariya Vorontsova isə Qərb mətbuatının məlumatına görə, Rusiyanın təbii qaz şirkəti sayılan “Soqaz”ın pulları ilə qurulan “Nomeko” firmasında böyük paya sahibdir. Həmin şirkət ölkədə böyük xəstəxanalar tikməklə məşğuldur.//musavat.com

Mənbə: www.yeniavaz.com