ÜST koronavirusla bağlı ən son statisikanı açıqladı

ÜST koronavirusla bağlı ən son statisikanı açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son sutka ərzində Çindən kənarda mindən çox yeni yoluxma faktının qeydə alındığını açıqlayıb.

“Qafqazinfo” bildiriri ki, təşkilatın saytında dərc edilən kommünikedə deyilir ki, Çindən kənarda koronavirusa yoluxanların sayı 51 ölkədə 1027 yeni yoluxma faktı qeydə alındıqdan sonra 4691 nəfərə çatıb. 67 ölüm hadisəsi baş verib.

ÜST-ün ən son məlumatına görə, Çində koronavirusa yoluxanların sayı 78961 nəfər, ölənlərin sayı 2791-dir. Bütün dünyada koronavirusa yoluxanların sayı isə 83652 nəfərdir.

Mənbə: qafqazinfo.az