Tramp amerikalı hərbçilərin Əfqanıstandan çıxması üçün şərtini AÇIQLADI

Tramp amerikalı hərbçilərin Əfqanıstandan çıxması üçün şərtini AÇIQLADI

“Əfqanıstan hökuməti və Taliban qruplaşması öhdəlikləri yerinə yetirərsə amerikalı hərbçilər bölgəni tərk edəcək”.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp belə bəyanatla çıxış edib. O bildirib ki, proseslər plan üzrə gedərsə, Əfqanıstanda toqquşmalar başa çatacaq.

“Ağ ev” rəhbərinin sözlərinə görə, yaxın günlərdə Talibanla sülh sazişi imzalanacaq. Tramp imzalanma mərasimində Dövlət katibi Mayk Pompeonun da iştirak edəcəyini bildirib.

Anar Türkeş

Mənbə: publika.az