Bonn Mərkəzinin analitiki: “Ermənistanda hərbiləşmənin yüksək dərəcəsini narahatlıqverici hesab edərdim”

Bonn Mərkəzinin analitiki: “Ermənistanda hərbiləşmənin yüksək dərəcəsini narahatlıqverici hesab edərdim”

“Ermənistanın hərbiləşməsinin yüksək dərəcəsi anlaşılandır, lakin müsbət hesab edilə bilməz”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Bonn Beynəlxalq Konversiya Mərkəzinin analitiki Maks Maçler mərkəzin Ermənistanı Avropanın ən hərbiləşmiş və dünyanın ən çox hərbiləşmiş 3-cü ölkəsi kimi tanıması ilə bağlı hesabatını şərh edərkən bildirib.
O qeyd edib ki, ölkənin hərbiləşmə səviyyəsi şübhəsiz xarici vəziyyətlə, təhlükəsizlik problemlərilə, qonşuların fəaliyyətləri ilə əlaqəlidir, lakin bu, həmçinin ölkə rəhbərliyinin siyasi qərarıdır.
Ermənistan 2019-cu ilin göstəricilərinə görə hərbiləşmə baxımından Avropda birinci, dünyada isə yalnız İsrail və Sinqapurdan geri qalaraq üçüncü olub. Maçlerin fikrincə, yüksək hərbiləşmə dərəcəsinə sahib olan hər bir ölkə hər hansı qaydada qonşularla ciddi hərbi münaqişəyə cəlb olunur.
“Ermənistan halında söhbət Azərbaycandan gedir və bu, anlaşılan olsa da, mən hərbiləşmənin yüksək dərəcəsini narahatlıqverici hesab edərdim”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az