Ərdoğan Avropa qapılarını bağlamayacağını dedi, suriyalı qaçqınlar sərhədə axışdı - VİDEO

Ərdoğan Avropa qapılarını bağlamayacağını dedi, suriyalı qaçqınlar sərhədə axışdı - VİDEO

Türkiyədən Avropaya gedən suriyalı qaçqınlar sərhəddə polislərin təqibi ilə üzləşiblər.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstan sərhəddində qapıdan buraxılmayan qaçqınları uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə olunub.

Qeyd edək ki, bir qrup suriyalı quru yoldan əlavə gecə saatlarında Meriç çayı üzərindən Yunanıstan ərazisinə keçiblər.

Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan Suriya qaçqınlarının Türkiyədə yerləşməsini qəbul etməyəcəklərini bildirərək, ölkənin Avropa sərhədini bağlamayacaqlarını deyib: “Bu qədər qaçqını saxlamaq məcburiyyətində deyilik”.

KONKRET.az

Mənbə: konkret.az