İranın sabiq naziri koronavirusa yoluxub

İranın sabiq naziri koronavirusa yoluxub

Mustafa Purməhəmmədi

İranın keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi koronavirusa yoluxub.

"Report" "Iran International" telekanalına istinadən xəbər verir ki, 59 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib və karantinə alınıb.

Telekanal İranda indiyədək koronavirusdan 212 nəfərin öldüyünü də açıqlayıb.

Qeyd edək ki, o, 2005-2008-ci illərdə ölkənin daxili işlər, 2013-2017-ci illərdə isə ədliyyə naziri işləyib.

İranda koronavirusdan ölənlərin sayı 43, infeksiya daşıyıcılarının sayı 593 nəfərdir. Onların 5-i deputatdır. Eyni zamanda 123 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, daha əvvəl İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi və Müctəba Zünnur koronavirusa yoluxub.

Mənbə: report.az