“Voleybol üçün daha bir gün” festivalının iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

“Voleybol üçün daha bir gün” festivalının iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

“Voleybol üçün daha bir gün” devizi altında keçirilən festivalın iştirakçıları fevralın 29-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, Gənclər və İdman Nazirliyinin, federasiyanın nümayəndələri iştirak ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

AZERTAG.AZ :“Voleybol üçün daha bir gün” festivalının iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mənbə: azertag.az