Taliban hökumət qüvvələrinə hücumların dayandırılması göstərişini verib

Taliban hökumət qüvvələrinə hücumların dayandırılması göstərişini verib

Bu sazişdən sonra Əfqanıstandaxili danışıqlara start veriləcək...

ABŞ-la Taliban arasında Dohada sülh sazişinin imzalanması fonunda hərəkat öz birləşmələrinə hücum etməmək əmri verib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Talibanın sözçüsü Zəbihullah Mucahid deyib.

Talibanın sözçüsü bildirib ki, hərəkat öz tabeçiliyində olan qüvvələrə hücum etməmək və edilən hücumlar qarşısında təmkinli olmaq göstərişi verib.

Qeyd edək ki, bu gün Qətər paytaxtı Dohada Talibanla ABŞ arasında sülh sazişi imzalanacaq. Son həftədə tərəflər qarşıdurmaların azaldılması rejimində idilər.

Bu sazişdən sonra Əfqanıstandaxili danışıqlara start veriləcək.

Mənbə: www.interaztv.com