“Orduda bunun qarşısını almağın bircə yolu var, o da mümkün deyil...” (EKSPERT)

“Orduda bunun qarşısını almağın bircə yolu var, o da mümkün deyil...” (EKSPERT)

"Ordu cəmiyyətin tərkib hissəsidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramin Məmmədli tibb elmləri doktoru, professor Adil Qeybullanın hərbi hissələrlə, əsgərlərlə mülki şəxslərin təmasına bir müddət yasaq qoyulması təklifini şərh edərkən deyib.

O, bu məsələyə absurd yanaşmağı ən vacib şərtlərdən biri hesab edir:

"Çünki ordu cəmiyyətin tərkib hissəsidir və burada baş verən bu kimi proseslər hərbi qurumlardan da yan keçmir. Məsələ burasındadır ki, əsgərlər hərbi hissə şəraitində xidmət aparsalar da, bölmənin ərazisini tərk etməsələr də, digər hərbçilər, zabitlər, gizirlər və digər şəxslər hərbi hissələrin ərazisini tərk edərək, mülki adamlarla təmasda olurlar. Bu isə virusa yoluxma ehtimalını artırır. Yəni əsgərlərin valideyinləri ilə görüşünə qadağa qoyulması kimi əmrlər əhəmiyyətsizdir. Bunun qarşısını almağın yalnız bir yolu var, o da şəxsi heyətə kazarma şəraitində xidmət əmri verilməsidir. Bu isə çox çətindir. Bu baxımdan nəinki Azərbaycanda, digər ölkələrdə də belə bir əmrin verilməsi gözlənilən deyil”.

Qeyd edək ki, tibb elmləri doktoru, professor Adil Qeybulla Azərbaycanda silahlı qüvvələrlə bağlı çox ciddi karantin tədbirlərinin görülməsinin vacibliyini bildirib. O deyib ki, ən vacib şərtlərdən biri hərbi hissələrlə, əsgərlərlə mülki şəxslərin təmasına bir müddət yasaq qoyulmalıdır.

Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az