Yunanıstan 4 mindən çox suriyalı qaçqını ölkəsinə buraxmadı

Yunanıstan 4 mindən çox suriyalı qaçqını ölkəsinə buraxmadı

Yunanıstan dörd mindən çox suriyalı qaçqının Türkiyədən ərazisinə girməsinə icazə verməyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı İnterfaks agentliyi Avropa mediasına istinadən yayıb.

Hökumət sözçüsü Stelios Petsas dünən Yunanıstanın müqavimət göstərə bildiyi qeyri-qanuni, mütəşəkkil kütləvi hücuma məruz qaldığını söyləyib.

Qeyd olunur ki, Yunanıstan polisi ilə qaçqınlar arasında bu gün də sərhəddə qarşıdurmalar baş verir.

Daha əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib ki, rəsmi Ankara yeni miqrant dalğasının öhdəsindən təkbaşına gələ bilmədiyi üçün Avropa Birliyi ilə sərhədləri açıb.

Ankaranın bu qərarı 2016-cı ildə miqrantların qəbulu ilə bağlı Türkiyə ilə Avropa Birliyi arasında bağlanan razılaşmanı ləğv edir.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az