Rusiyanın Suriyaya göndərdiyi gəmilərlə bağlı - Maraqlı detal

Rusiyanın Suriyaya göndərdiyi gəmilərlə bağlı - Maraqlı detal

İdlibdə Türkiyə əsgərlərinin öldürülməsindən sonra Rusiyanın Suriyaya göndərdiyi hərbi gəmilərlə bağlı maraqlı detal ortaya çıxıb.

Axar.az xəbər verir ki, Türkiyə mətbuatı boğazdan keçən gəmilərin adlarına xüsusi diqqət yetirib.

Suriyaya gedən gəmilərin “Admiral Qriqoryeviç” və “Admiral Makarov” adlandırıldığı bildirilib. Hər iki gəmiyə verilən adın Rusiya tarixində özünə yer etmiş şəxslərə aid olduğunu və hər iki şəxsin Osmanlı İmperatorluğunun bombardman edilməsində iştirak etdiyi vurğulanıb.

Belə ki, “Admiral Markov” gəmisi admiral, hərbi strateq Stepan Osipoviç Makarovun şərəfinə adlandırlıb. Bu şəxs Rusiya çarı II Aleksandrın Osmanlıya qarşı 1877-ci ildə başlatdığı savaş zamanı türk tərəfinin donanmasına ilk zərbəni endirən şəxs olub. Məhz onun tətbiq etdiyi strategiya sonradan II Əbdülhəmidin dövründə Osmanlıda iştifadə edilib.

Digər gəmiyə isə Rusiya Çarlığının son Dəniz naziri İvan Qriqoryeviçin adı verilib. O, I Dünya savaşı zamanı Osmanlı sahillərini bombardman edən ilk admiral olub.

Mənbə: axar.az