Moskvada Boris Nemtsovun xatirəsinə yürüş keçirilir

Moskvada Boris Nemtsovun xatirəsinə yürüş keçirilir

Sayca beşinci olan yürüşün marşrutu Bulvar halqası və Akademik Saxarov prospektindən keçir...

Fevralın 29-da Moskvadakı Strastni bulvarında Boris Nemtsovun xatirəsinə ənənəvi yürüş başlayıb.

Sayca beşinci olan yürüşün marşrutu Bulvar halqası və Akademik Saxarov prospektindən keçir.

İnterAz-ın RİA"Novosti"yə istinadən verdiyi xəbərə görə, icazəli yürüşün iştirakçıların sayı 30 min nəfərdir.

Moskvadan başqa Sankt-Peterburq, London, Kiyev, Vaşinqton və dünyanın digər şəhərlərində Boris Nemtsovun xatirəsinə ümumilikdə 40-a yaxın aksiya keçirilir.

Mənbə: www.interaztv.com