ABŞ Cənubi Koreyada hərbi bazasını bağladı – Koronavirusa görə

ABŞ Cənubi Koreyada hərbi bazasını bağladı – Koronavirusa görə

ABŞ ölkə hüdudlarından kənarda ən böyük bazası - Cənubi Koreyada yerləşən hərbi bazasını koronavirusun kəskin yayılması səbəbindən bağlayıb. Day.az xəbər verir ki, daha öncə bu hərbi bazada bir amerikalı hərbçinin, eləcə də HQ əməkdaşının ailəsi ilə birlikdə koronavirusa yoluxması faktı təsdiqlənmişdi.

Artıq Cənubi Koreya qərargah rəislərinin birləşmiş komitəsi bəyan edib ki, ölkə ABŞ ilə birgə komanda-qərargah təlimlərini koronavirus səbəbindən dayandırır.

ABŞ-ın hərbi bazasında məhdudiyyətlərin tətbiq edilməsi barədə qərar isə Cənubi Koreyada sərəncamənda 28,5 min amerikalı hərbçi olan general Robert Abramsın təşəbbüsü ilə qəbul edilib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın əksər ölkələrini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 80 mini keçib, 2 mindən çox nəfər ölüb.

Mənbə: news.day.az