Amerikalı milyarder İlon Mask radikal sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasının seçki kampaniyasının toplantısında onlayn iştirak edib.
Toplantı iştirakçılarına müraciət edən Mask AfD-nin Almaniyanın ümidi olduğunu deyib.
Alman olmaqdan qürur duyduğunu bildirən Mask AfD və bu partiyanın seçki proqramını tərifləyib:
"Almaniyanın böyük gələcəyi üçün mübarizə aparın”.
Qeyd edək ki, Mask Donald Trampın andiçmə mərasimindən sonra nasist salamına bənzədilən jestlə gündəmə gəlmişdi.
Mənbə: axar.az