Avropa Birliyinin Parisdə keçirilən fövqəladə sammitinin iştirakçıları təsdiqləyiblər ki, Ukrayna güc vasitəsilə sülhə layiqdir.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen iclasın yekunlarına dair açıqlamasında deyib.
“Bu gün Parisdə biz təsdiq etdik ki, Ukrayna güc vasitəsilə sülhə layiqdir. Onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə hörmət edən, etibarlı təhlükəsizlik zəmanəti ilə sülhə”, - o, X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, bu gün Avropa liderləri Makronun dəvəti ilə Parisdə Ukrayna ətrafındakı vəziyyətlə bağlı toplantı keçiriblər.
Mənbə: axar.az