SSRİ-nin əvəzinə Konfederasiya - Jirinovskinin yeni "birlik" çağırışı

SSRİ-nin əvəzinə Konfederasiya -  Jirinovskinin yeni "birlik" çağırışı

Hərzaman səs-küylü açıqlamalarla diqqəti cəlb edən Rusiya Liberal DemokratPartiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski yenidən səsləndirdiyibəyanatla gündəmə gəlib.

Moderator.azxəbər verir ki, Rusiyanın “Regnum.ru” agentliyinə aşıqlamasında Jirinovski bu dəfəSSRİ-ni yaratmaq xiffətini başqa formada dilə gətirib. O, keçmiş İttifaq respublikalarının iştirakıilə yeni birliyin – Rusiya Konfederasiyasının yaradılması ilə bağlı çağırışedib.

RLDPlideri Konfederasiyanın Qazaxıstan, Orta Asiya ölkələri, Belarus, Moldava, Azərbaycan,Gürcüstan və Ermənistanın iştirakı ilə yaradılmalı olduğunu deyib.

Jirinovskininfərziyyəsinə görə, Konfedarsiyanın xarici siyasətinin idarəsi və maliyyə nəzarətimərkəzin (yəni Moskvanın-red.) əlində olmalıdır.

Maraqlıdıki, Jirinovski xəyalındakı yeni "birliyə" Ukraynanı daxil etməyib.

Onunsözlərinə görə, hazırda belə bir ittifaqın yaradılması üçün uyğun zəminyaranıb. Bir sıra siyasi şərhçilərin fikrincə, Jirinovski “münbit zəmin” deyərkənkoronavirusun yaratdığı beynəlxalq şəraiti nəzərdə tutur.

Taleh

Mənbə: moderator.az