Mehman Sadıqov sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirdi

"Son vaxtlar sosial şəbəkələrdə həbsxanalarda bir neçə məhkumun koronavirus şübhəsiylə karantində saxlanması barədə məlumatlar yayılıb. Yayılan məlumatlar həqiqəti əks etdirmir."

Bu barədə Unikal.org-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib. M. Sadıqov qeyd edib ki, qurumun tabeliyində olan müəssisələrdə karantin rejiminə və hökumətin verdiyi qərarlara ciddi şəkildə riayət olunur. O, həmçinin bildirib ki, həbsxanalarda çalışan şəxslərin hər gün hərarəti yoxlanılır və onlar tibbi müayinədən keçirlər:" Bununla yanaşı, məhkumlarla da bağlı tibbi yoxlamalar həyata keçirilir və heç bir məhkumun nəinki koronavirusa yoluxmağından, hətta digər xəstəliklərə tutulmağndan söhbət gedə bilməz".

Murad İbrahimov

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Dünyada virusdan ölənlərin sayı 20 mini keçdi

SONRAKI XƏBƏR

"Fənərbaxça"nın futbolçusu koronavirusa yoluxdu