"Bu qüvvələr istəyir ki, Azərbaycanda dini zəmində olan sabitlik pozulsun, ara qarşısın”

"Bu qüvvələr istəyir ki, Azərbaycanda dini zəmində olan sabitlik pozulsun, ara qarşısın”

Tanınmışlar Allahşükür Paşazadəyə dəstək verdilər: “Şeyxülislama qarşı hucumlar yolverilməzdir”

Ölkədə ictimai-siyasi sferada harmoniyanın saxlanmasında bir çox amillər iştirak edir.

Azərbyacan özünün tolerant mühiti ilə müxtəlif dinlərin sülh içində birgə yaşadığı dövlətə çevrilib. Prezident İlham Əliyevin dünyaya bəyan etdiyi tolerantlıq və multkulturalizm prinsipləri bu gün mötəbər tədbirlərdə nümunə kimi göstərlir. Vatikandan tutumuş İslam Əməkdaşlıq Təşkilatına qədər olan bir müstəvidə Azərbaycanın bu təcrübəsi öyrənilir. Amma görünür Azərbaycanda bu dözümlülük siyasəti hansısa dairələri narahat edir. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə qarşı son vaxtlar internet resurslarında aparılan böhtan kampaniyasından hiss etmək olur. Ölkənin tanınmış siyasət, ictimai, ədəbiyyat adamları bu hucumları pisləyib.

Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, Əfv Komissiyasının üzvü Əlimməməd Nuriyev də Şeyxülislama qarşı onlayn resurslardan olan bu kampaniyanı təsadüfi olmadığını bildirib:

“Şeyxülislama qarşı olan hucumlar təsadüfi ola bilməz. Şeyx həzrətləri Azərbaycanın nufuzulu din xadimidir. O, böyük bir inanclı insanlar tərəfindən bu vəzifəyə seçilən şəxsdir. Bu baxımdan ona olan hucumlar təsadüfi xarakter daşıya bilməz. Ola bilsin ki, bu müəyyən qruplar tərəfindən təşkil edilib”.

Ə.Nuriyevin sözlərinə görə, hüquq mühafizə orqanları bu suala cavab verə, bu qrupların kimlər olduğunu araşdıra bilərlər.

“Bu qrupların arxasında hansı qüvvələr durur? Mən istisna etmirəm ki, bunların arasında xarici qüvvələr də var”.

Ə.Nuriyevin sözlərinə görə, prezident İlham Əliyev son çıxışlarında ölkədə olan bütün məsələlərin öz daxilimizdə həll etməyə çağırış edib. Onun fikrincə, çox təəssüf ki, ölkədə kənar qüvvələrin təsiri altında fəaliyyət göstərən qruplar var. Onlar cəmiyyətdə müəyyən narahatlıq yaratmağa cəhd edirlər: “Bütün bunları nəzərə alsaq sonda belə hucumların olmasını təsadüfi saymaq olmaz. Bunlar təşkil olunmuş formadadır”. Ə.Nuriyev deyib ki, ölkədə bu gün koronavirusa mübarizə şəraitində müəyyən nizamsızlıq yaratmaq cəhdləri var: “Əlbəttə, bumümkün olmayacaq. Bunun qarşısını almaq üçün iradə vardır”.

Ə.Nuriyevin fikrincə, QMİ sədrinə qarşı belə gözdənsalma kampaniyasının xaricdə fəaliyyət göstərən qüvvələr tərəfindən idarə edilməsi istisna olunmur: “Nufuzlu adamların gözdən salınması bütövlükdə cəmiyyətin müqavimətini zəiflədir və çaşqınlıq yaratmağa hesablanıb. Ölkədə hörməti olan, simvol olan şəxslərin belə demək olarsa “vitrini” var. Cəmiyyət onlara baxıb tarazlığını təmin edir. Bu sırada ilk olaraq ölkənin Prezidenti gəlir. Dövlət başçısı cəmiyyətdə bütün balansı qoruyub saxlayan, vətəndaşların, dövlətin toxunulmazılığını təmin edən bir atributdur. Daha sonra digər şəxslər sıradadır. Onlardan biri də Şeyx həzrətləridir”.

Ə.Nuriyev deyib ki, xaricdə ölkəmizə qarşı fəaliyyət göstrən xüsusi xidmət orqanları ölkədə narahatlıq yarada biləcək nöqtələri hesablamağa çalışır və oradan “vurmağa” cəhd edirlər: “Azərbaycan tolerant cəmiyyətə malkidir və burada hər yanaşmada daxili bir balans, harmoniya vardır. Bu harmoniyaya söykənən strukturu dağıtmağa çoxlu cəhdlər olub. Müxtəlif testlər edirlər ki, hansı yerdən daha çox zədələmək olar.Amma bu nəticəsiz qalacaq”.

Azərbaycanın sabiq Baş Naziri Pənah Hüseyn QMİ sədri Allahşükür Paşazadəyə qarşı olan hucumları pislədiyini bildirib.

“Mən Şeyx həzrətlərinə qarşı olan təhqirlərin əleyhinəyəm və həmişə də əleyhinə olmuşam. Düşünürəm ki, hər bir dövlətdə və cəmiyyətdə ruhanilərə və dini başçılara hörmət və ehtiram göstərmək lazımdır”.

P.Hüseynin sözlərinə görə, təhqirlər qanunla tənzimlənməldir: “Hesab edirəm ki, bu gün cəmiyyətdə, dünya miqyasında psixoloji gərginlik var. Ona görə bu gün qaşınmayan yerdən qan çıxartmağa ehtiyac yoxdur”.

Sabiq baş nazir deyib ki, Şeyxülislamın özü belə məsələlərə dözümlü yanaşır. Dinimizin əsas şüarlarından biri mərhəmət və rəhimdilikdir: “Sosial şəbəkə və internet dövrünün belə sapmaları var. Əgər qanun qayda pozulursa o zaman qanunla tədbir görmək lazımdır. Mən bunun keçəri olduğunu düşünürəm. Bu internetin “uşaq xəstəliyi” kimi bir şeydir”.

Milli Məclisin deputatı Vahid Əhmədov da QMİ sədrinə qarşı olan böhtanları pisləyib. Onun sözlərinə görə, Allahşükür Paşazadə Azərbaycan tarixində kifayət qədər çəkisi, xidməti olan bir hörmətli şəxsdir:

“Mən Şeyxülislamı uzun müddətdir tanıyıram. Şeyx həzrətlərinin xüsusi ilə 1990-cı ilin 20 yanvar hadisələrinin, bu hərbi cinayətin dünyaya çıxarılmasında, günahkarların ifşa edilməsində fövqəl xidmətləri var. Onun Şəhidlərin dəfni, SSRİ-nin rəhbəri Qorbaçovu ittiham edən məşhur bəyanatı və digər müsbət addımları həddən artıq çoxdur. Bunu unutmaq olmaz”.

V.Əhmədov qeyd edib ki, Allahşükür Paşazadə Azərbaycanın müstəqilliyinin qazanılmasında kifayət qədər xidməti olan şəxslərdən biridir:

“Mən hesab edirəm ki, Şeyxə qarşı aparılan bu böhtan kampaniyası hansısa insanlar tərəfindən həyata keçirilir. Bu qüvvələr istəyir ki, Azərbaycanda dini zəmində olan sabitlik pozulsun, ara qarşısın”.

Şeyxülislamın cəmiyyətdə kifayət qədər tanınan adam, din xadimi olduğunu deyən V.Əhmədov vurğulayıb ki, QMİ sədri ölkədə dini zəmində sabitliyin qorunmasında və dövlət başçısının tolerantlıq siyasətinin aparılmasında mühüm rol oynayır:

“Müxtəlif dinlərin, məzhəblərin arasında harmoniya müstəqilliyin möhkəmlənməsində mühüm rol oynayır. Çünki bura kənar müdaxilələr həmişə mümkündür. Müəyyən dövlətlər də istəyir ki, Azərbaycanın müstəqilliyi zəifləsin,əldən getsin. Şeyxülislam Azərbayanın müstəqiliyini qoruyan şəxslərdən biridir. Həmişə bu müstəqilliyin tərəfdarı olub. Belə yalan və böhtanlar yolverilməzidr”.

V.Əhmədovun sözlərinə görə, bütün bu hucumlar Azərbaycanın müstəqlliyini laxlatmağa, ölkənin sabitliyi pozamağa yönələn cəhdlərdir.

Mənbə: moderator.az