Rusiya ordusu döyüş potensialını iki dəfə artırıb - Şoyqudan açıqlama

Rusiya ordusu döyüş potensialını iki dəfə artırıb - Şoyqudan açıqlama

Rusiya Silahlı Qüvvələrinin döyüş potensialı son 8 ildə 2 dəfədən çox artıb. Bu barədə məlumat verən Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Federasiya Şurasının iclasında bildirib ki, hərbi potensialın artırılması NATO ilə strateji paritetin saxlanılmasına imkan yaradıb. Onun sözlərinə görə, quru qoşunların ixtiyarına 12 mindən çox müasir silah və texnika nümunələri verilib.

Hərbi Kosmik Qüvvələr və Dəniz aviasiyası isə əlavə 1400-dən çox təyyarə helikopterlərə sahib olub. Hərbi-dəniz donanmasına 190-dan çox gəmi verilib. Nazir qeyd edib ki, hərbi sənaye “Sarmat” yeni qitələrarası raketlərin istehsalına da tam hazırdır.

atv.az

Mənbə: www.atv.az