Türkiyə 8 ölkədən 2700-dən çox vətəndaşını təxliyə edib. Bu barədə məlumat verən Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, pandemiyanın geniş miqyas aldığı ölkələrdən tələbələrin gətirilməsi üçün dünən axşam saatlarına qədər 11 hava reysi təşkil olunub. Türkiyəyə qayıdan bütün şəxslər 14 günlük karantinə alınıb.
Diplomat əlavə edib ki, İspaniyanın Xarici İşlər naziri onunla telefon əlaqəsi yaradaraq, tibbi maskaların göndərilməsini xahiş edib.
atv.az
Mənbə: www.atv.az