Fransada koronaya yoluxmuş 4 min insan sağaldı

Fransada yeni tip koronavirus pandemiyasından ölənlərin sayı son sutkada 231 nəfər artaraq 1331-ə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat yayıb.

“Son sutkada ölən insanlardan 86-nın yaşı 70-dən yuxarıdır. Bir gün ərzində 2933 nəfərdə virus aşkarlanıb. Fransada ümumilikdə 25 min 233 nəfər pandemiyaya yoluxub. Bunlardan 2 min 827 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Koronavirusdan əziyyət çəkən insanların 59 faizi 60-80 yaş arasındadır. Pandemiyadan sağalan insanların sayı isə 3900-ə yüksəlib”, - məlumatda bildirilib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Apple şirkəti naqilsiz AirPower şarj stansiyası üzərində yenidən çalışmağa başlayıb

SONRAKI XƏBƏR

Çindən 1255 tənəffüs aparatı alan İlon Mask həm tənqid edildi, həm dəstəkləndi