Ərdoğan korona ilə bağlı vaxtı açıqladı

Növbəti günlərdə yeni sosial-iqtisadi yardım paketləri üçün addımlar atılacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə koronavirusla mübarizədə bir çox qabaqlayıcı tədbirlər görür.

“Dünyanın 69 ölkəsi bizdən yardım istədi. 17 ölkəyə lazım olan köməkliyi göstərmişik. Hər cür ssenariyə hazırıq. Pandemiyanın təsirlərini 2-3 həftə ərzində mümkün qədər az ziyanla aradan qaldıracağıq”, - Ərdoğan bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

"Çelsi" dörd futbolçusu ilə danışıqları dayandırdı

SONRAKI XƏBƏR

Dindarlar “koronavirus duası”na çıxdı - Foto