Türk ordusu şəhidlərin qisasını aldı: 8 ölü

Türk ordusu şəhidlərin qisasını aldı: 8 ölü

PKK terrorçuları İraqın şimalındakı Haftanin bölgəsində türk əsgərlərinə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Hücum nəticəsində 2 türk əsgəri şəhid olub, 2-si yaralanıb”, - məlumatda bildirilib.

Türk ordusu Haftanində PKK-ya qarşı əməliyyat keçirib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

"2 əsgərimizi şəhid edən terrorçulara məxsus 4 hədəf vuruldu. Əməliyyat nəticəsində 8 terrorçu məhv edildi”, - məlumatda bildirilib.

Mənbə: axar.az