Bağdadda ABŞ səfirirliyinin yaxınlığında iki raket düşüb

Bağdadda ABŞ səfirirliyinin yaxınlığında iki raket düşüb

Bakı. Trend:

İraqın paytaxtı Bağdadın "yaşı zonasına", ABŞ səfirliyi yaxınlığına iki raket düşüb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "Al-Arabiya" telekanalı məlumat verir.

İnsident nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, Bağdadın "yaşıl zonası" hökumət binalarının və xarici diplomatik nümayəndəliklərin binalarının yerləşdiyi rayondur.

Mənbə: az.trend.az