Rusiya Suriyaya uzaqvuran artilleriya sistemləri göndərib - Əsəd hücuma hazırlaşır

Rusiya Suriyaya uzaqvuran artileriya sistemləri göndərir. Bu qurğuların Suriyanın şimal-qərbində yerləşdiriləcəyi ehtimal olunur. Bunu yerli mənbələrin məlumatları təsdiqləyir.

Son günlər ən çox xatırladılan yerüstü zərbə sistemləri 152 mm yedəyə alınan haubitsa 2A65 «Msta-B» qurğularıdır. Belə bir ehtimal ortaya çıxıb ki, Əsəd ordusubu silahları İdlib cəbhəsində yeni gərginliyin yaranacağı situasiya üçün alır. Martın 6-dan başlayaraq ümumilikdə, bu ərazidə atəşin dayandırılmasına əməl olunur.

Bundan əvvəl məlum olub ki, Türkiyə İdlib və Hələb əyalətlərinə yönəldilən T-155 Fırtına özüyeriyən artilleriya qurğularının sayını artırıb. Həmin 155 mm-lik haubitsalar bu günlərdə İdlibin şərqindəki Samarin şəhərində görünüb.

«Msta-B» 30 kilometr məsafədən zirehləri deşir, aktiv-reaktiv mərmilərdən istifadə edildikdə isə 40 kilometrdən zirehi dağıdır.

Bu versiya təsdiqini taparsa o zaman Suriya hökumət qüvvələri İdlib cəbhəsində - Türkiyə sərhədinə qədər – müxalif döyüşçülərin mövqelərinə tuşlanmış atəş açmaq imkanı əldə etmiş olacaq.

AzPolitika.info

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Göygöl sakinini cərəyan vurub

SONRAKI XƏBƏR

Birlikdə yaşamağa başladılar, mərtəbələri ayırdılar