"2 trilyon dollarlıq təşviq paketi masama gələn kimi imzalayacağam"

"2 trilyon dollarlıq təşviq paketi masama gələn kimi imzalayacağam"

ABŞ Prezidenti Donald Tramp Kovid-19 epidemiyası ilə mübarizə çərçivəsində Senata təqdim edilən 2 trilyon dollarlıq iqtisadi təşviq paketinin bu gün təsdiqləyəcəyini gözləyir.
Tramp, "(Senatın təsdiqinin ardından) Nümayəndələr Palatasını da bu paketi təsdiqləməyə dəvət edirəm. Paket Konqresdən keçib masama gələn kimi imzalayacağam" ifadəsini istifadə edib.

ABŞ-da koronavirusa yoluxanların sayı 70 mini, bu virusdan ölənlərin sayı isə 1000 nəfəri keçib.

Tramp, "Nyu York bu anda koronavirus ilə mübarizədə ciddi bir problem təşkil edir. Nyu Yorku çətin həftələr gözləyir",- bildirib.

Mənbə: marja.az