“Evlərimiz səngərə çevrilib” - Azərbaycanın Macarıstandakı səfiri

“Evlərimiz səngərə çevrilib” - Azərbaycanın Macarıstandakı səfiri

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev koronavirus pandemiyasından yazıb.

Modern.az xəbər verir ki, diplomat koronavirusu müharibəyə bənzədib:

“Koronavirusla üz-üzə. Sanki hamı həm müharibədə, həm də ön cəbhədədir. Atəşin nə zaman, haradan, hansı çaplı silahdan açılacağını bilmirsən. Evlərimiz səngərə çevrilib".

Vilayət Quliyevin sözlərinə görə, koronavirusda əsl müharibədən fərqli olaraq adi səngərlər də var:

“Hətta, VİP səngərlər də. Olsun! Hamı yaşamaq istəyir. Həyat yaşamaq uğrunda mübarizə aparmağı bacaranların nəsibidir”.

Diplomatımız koronavirusun Budapeştdəki diplomatik korpusdan ilk qurbanını apardığını da kədərlə qeyd edib:

“Böyük Britaniya səfirliyinin müşaviri (səfirin müavini) Steven Dick 37 yaşında COVİD-19 diaqnozu ilə həyatını itirdi. Adam diplomat kimi çalışdığı Əfqanıstanda, Suriyada ucuz ölümdən qurtarıb bir ay əvvələ qədər “dolçe vita”-nın məskəni sayılan Budapeştdə əcələ can verdi…”

Mənbə: modern.az