"Nyu Yorku çətin həftələr gözləyir"

"Nyu Yorku çətin həftələr gözləyir"

ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə Covid-19 ilə əlaqədar gündəlik mətbuat konfransında epidemiyaya dair açıqlamalar verib.

Marja xəbər verir ki, Tramp, ölkədəki yeni növ koronavirus (Covid-19) epidemiyasının mərkəzi olan Nyu Yorkun virus ilə mübarizədə ciddi bir "problem" olduğunu bildirib və "Nyu Yorku çətin həftələr gözləyir" deyib.

Qeyd edək ki, ABŞ-da virusdan ölənlərin sayı mini aşıb, xəstələrin sayı isə 70 minə yaxınlaşıb.

Mənbə: marja.az