Prezidentdən "təsəlli": Korona adi soyuqdəymədir...

Prezidentdən "təsəlli": Korona adi soyuqdəymədir...

Koronavirus adi bir qrip və soyuqdəymədir.

Axar.az xəbər verir ki, bu iddia ilə Braziliya Prezidenti Jair Bolsonaru çıxış edib.

“Təşvişə düşməyin, normal həyatınıza qayıdın. Məktəbləri bağlamağa lüzum yoxdur. Virus 60 yaşdan yuxarı insanların həyatı üçün təhdid təşkil edir. Bəzi media orqanları qorxuya səbəb olan məlumatlar yayırlar”, - o bildirib.

Qeyd edək ki, koronavirusla bağlı ölüm halları nəinki gənclər, hətta azyaşlılar arasında da müşahidə edilir.

Mənbə: axar.az