İspaniya korona kabusuna qarşı NATO-dan kömək istədi, ABŞ isə Cənubi Koreyadan... Virus İngiltərə kral ailəsinə də sıcradı, Putin referendumu təxirə saldı

İspaniya korona kabusuna qarşı NATO-dan kömək istədi, ABŞ isə Cənubi Koreyadan... Virus İngiltərə kral ailəsinə də sıcradı, Putin referendumu təxirə saldı

Avropada koronavirusdan indiyə kimi 7 min 503 itki verən İtaliyadan sonra İspaniyada da ölüm halları günbəgün artır. Dünən ölüm sayında rekord qeydə alınıb - 738 nəfər.

Baki-xeber.com xəbər verir ki, ümumilikdə 3 min 434 adamı itirən İspaniya, itkilərin sayına görə Çini geridə qoyaraq dünya üzrə ikinci sırada yer alıb. İspaniyada infeksiyaya yoluxanların sayı isə, təxminən 8 min artaraq 47 min 610 olub.

“El Pais” qəzeti, İspaniyanın bir gündə rekord sayda itki verdikdən sonra NATO-dan yardım istəyib. Ölkə NATO-dan tibbi yardım istəyib.

İspaniya NATO-dan yardım istədi, ancaq...

NATO da bunu təsdiqləyib və göndərilməsi istənən ləvazimatların siyahısını açıqlayıb: "150 min birdəfəlik istifadə edilən xalat, FFP3 tipli 150 min sünü nəfəs aparatı, 1000 infraqırmızı termometr, 5 min tibbi maska, 10 min təhlükəsizlik eynəyi, 1,5 milyon cərrahi maska, 500 min Covid-19 sürətli sınaq dəsti, 50 min polimeraz zəncirvari reaksiya diaqnostika sistemi və 500 mexaniki ventilyator".

Ancaq adının çəkilməsini istəməyən bir NATO rəsmisi isə, beynəlxalq alyansın tənəffüs cihazları və ya oxşar tibbi avadanlıqların olmadığını qeyd edib. O, tələb olunan yardımın müttəfiq ölkələr tərəfindən göndərilə biləcəyini söyləyib.

Parlamentdə maliyyə naziri asqıraraq burnunu sildi, hamı təşvişə düşdü

Koronavirusun vurduğu bir başqa Avropa ölkəsi Almaniyada da vəziyyət ağırlaşır. 30 min insanın virusa yoluxduğu ölkənin parlamenti dünən 750 milyard avroluq iqtisadi dəstək paketini qəbul edib. Parlamentdə çıxış edən maliyyə naziri Olaf Skolz asqıraraq burnunu silməsi isə iclasda ciddi təşvişə səbəb olub. İclasda bütün deputatlar bir-birindən aralıda oturublar.

Hollandiyada isə virusundan həyatını itirənlərin sayı 356-a yüksəlib, infeksiyaya yoluxanların sayı 852 nəfər artaraq 6 min 412-yə çatıb.

Putin referendumun təxirə saldı

Rusiyada da yoluxmaların sayında artım müşahidə edilir Artıq ölkədə 658 Covid-19 xəstəsi var.

Rusiya lideri Vladimir Putin, gələn həftəni tətil elan edib və 22 aprelə təyin edilən konstitusiya referendumun təxirə salındığını bəyan edib. Putin, referendumun tarixinin yalnız elm adamları və həkimlərin məsləhəti ilə müəyyənləşdiriləcəyini bildirib.

Britaniya Kral ailəsində ilk yoluxma...

İngiltərə kral ailəsinin üzvü Uels şahzadəsi Çarlzda da koronavirus aşkar edilib. Britaniya taxtının varisi olan 71 yaşlı şahzadənin vəziyyətinin yaxşı olduğu bildirilir.

İranda isə son 24 saatda 143 adamın öldüyü açıqlanıb, bununla itkilərin sayı 2 min 77-ə yüksəlib. Dünən ikinci virus xəbərdarlığı yayan İran, Novruz bayramından qayıdanların yeni bir fəlakətə səbəb olmaması üçün şəhərlərə girişləri və səyahəti qadağan edib.

ABŞ Cənubi Koreyadan kömək istədi

Virusdan daha çox təsirlənən ölkələrdən biri ABŞ-ın isə Cənubi Koreyadan kömək istəyib. Cənubi Koreya, dünya nəhənginə tibbi ləvazimatlar göndərdiyini baçıqlayıb. Ölkə prezident Moon Jaein, Donald Trampın təcili tələbi ilə test dəstləri və digər karantin məhsullarının göndərildiyini bildirib.

Cənubi Koreya lideri, hökumətin dünyanın istənilən ölkəsinə test dəstləri ixrac etməyə hazır olduğunu da sözlərinə əlavə edib.

Mənbə: www.baki-xeber.com