Politoloq DEVA haqqında: Ərdoğanın siyasətinə qalib gəlmək üçün zaman lazımdır

Politoloq Ramiyə Məmmədova deyir ki, yeni partiyaların yaranması həm Ərdoğana, həm də AKP-yə olan müxalifliklə əlaqəlidir

Ramiyə Məmmədova: “Proseslərin necə olacağını seçkilər müəyyən edəcək”

Türkiyə Baş nazirinin keçmiş müavini Əli Babacan Demokratiya və Sıçrayış Partiyasının (Demokrasi və Atılım Partisi – DEVA Partisi) sədri seçilib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Əli Babacan əsas diqqəti ölkənin iqtisadi vəziyyətinə yönəldib:

“O, Türkiyəni çətin iqtisadi vəziyyətdən çıxarmaqla bağlı proyektlərini təqdim edir. Türkiyədə yeni partiyaların yaranması həm Ərdoğana, həm də AKP-yə olan müxalifliklə əlaqəlidir. Türkiyənin üzləşdiyi iqtisadi, siyasi çətinliklər partiyaların yaranmasını zəruri edir. Amma o da qeyd olunmalıdır ki, bu gün Ərdoğanın yürütdüyü siyasətin dəstəkçisi yetərincədir. Hazırda AKP-yə qarşı olanların sırası genişlənməkdədir. Yeni yaranmış partiyaların Ərdoğanın siyasətini üstələməsi üçün zaman lazımdır. Sonrakı proseslərin necə olacağını seçkilər müəyyən edəcək”.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Qrizmann MY yolunda

SONRAKI XƏBƏR

Koronavirusa yoluxan ilk şəxsin kimliyi məlum oldu