Merkel yaşayacaq! - koronavirus üçün ikinci test də mənfi oldu

Merkel yaşayacaq! - koronavirus üçün ikinci test də mənfi oldu

Almaniya kansleri Angela Merkelin ikinci koronavirus testi yenə də mənfi olub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı DW nəşri yayıb.

Bununla yanaşı Merkel evdən işləməyə davam edəcək və gələn həftənin əvvəlində daha bir COVID-19 testini edəcək.

Bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Zaybert məlumat verib və kanslerin sağlamlıq durumunun yaxşı olduğunu deyib.

Merkel keçən həftə peyvənd edərkən koronavirusa yoluxmuş bir həkimlə təmasda olduqdan sonra martın 22-dən bəri karantindədir.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az