"Əli Kərimli belə həssas zamanda da yanlış yol seçib" - İTTİHAM

"Əli Kərimli belə həssas zamanda da yanlış yol seçib" - İTTİHAM

"Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq, hər bir vətəndaş taleyüklü məsələlərdə vahid amal uğrunda birləşməlidir. Amma çox təəssüf ki, "5-ci kolon" kimi fəaliyyət göstərib, bütünlükdə müxalifətin imicinə zərbə vuran bir qrup milli həmrəyliyimizə qarşıdır".
Cebhe.info xəbır verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Ehtiram Mehdiyev deyib.
E.Mehdiyev bildirib ki, dünyanın və dövlətin diqqəti koronavirus probleminin həllinə yönəldiyi bir vaxtda, Əli Kərimli fürsətdən istifadə edib ictimai fikirdə çaşqınlıq yaratmaq üçün ikrah doğuran fikirlərlə sosial şəbəkələrdə paylaşımlar edir:
"Hər zaman ictimai qınağa tuş gələn bu adam yenə də öz bildiyindədir. Məhz belə davranışları, eqosu ona qarşı ictimai qınağı daha da artırır. Dövlətin koronavirusla mübarizə istiqamətində atdığı addımlara, gördüyü önləyici tədbirlərə kölgə salmaq yanlış mübarizə üsuludur. İctimaiyyətin də, hər bir vətəndaşımızın da ciddi dəstəyi olduğu həssas bir zamanda milli həmrəylik göstərmək əvəzinə belə çaşqınlıq yaratmaq, dezinformasiya ötürmək, düşmənçilik etmək siyasi səbatsızlıqdır.
Hesab edirəm ki, bu adamlar düşünməli və anlamalıdırlar ki, hər şeyə qara deməklə öz bazalarını, dəstəklərini itiriblər. Xalq onlara öz qiymətini verib, nəticədə boykot olunublar".

Mənbə: www.dia.az