Yəhudi yazardan həyəcan təbili:KORONAVİRUS DÖVRÜNDƏ İSRAİL VƏTƏNDAŞ MÜHARİBƏSİNİN ASTANASINDADIR

Ron Ben-Yişai

“Yediot Ahoronoth”, 25.03.2020

İsraillilər hazırda başımıza gələn iki böyük müsibət – koronavirus pandemiyası və davamlı siyasi durğunluqla üzləşdiklərinə görə daha böyük böhran yaranır.

Emosiyalar yüksək sürətlə artdıqca zorakılıq təhlükəsi güclənir. Anarxiya baş verə bilər. İsraillilər hökumətin göstərişlərinə məhəl qoymayaraq, geniş miqyasda ictimai iğtişaşlara yol verdikdə, vətəndaş müharibəsinin başlamasını görə bilərik.

Xalqın hökumətə və onun liderinə inamının davamlı azalması, ekstremizm və sağçı, dini blokla mərkəz-sol və ərəblər arasındakı dərinləşmə ilə təhlükə daha da güclənir.

Artıq mərkəz-solçu israillilər baş nazir Benyamin Netanyahunun siyasi manevrlərinə, onun tərəfdarları isə etiraz olaraq, öz növbəsində, “Bibidən başqa, hamı” düşərgəsinin hərəkətlərinə etiraz olaraq siyasi nümayişlərə başlayıb.

Bu cür nümayişlərdə zorakılıq səviyyəsinin artacağını, şifahi və fiziki hücumların getdikcə daha da pisləşəcəyini və hətta silahdan istifadəni gözləyə bilərik.

Bu cür hadisələr bizi vətəndaş müharibəsi yolunun ağına salacaq.

Tarix belə bir kabusun bizə asanlıqla gələ biləcəyindən xəbərdarlıq edir.

Cəmi 37 il əvvəl “Peace Now” fəalı Emil Qrunzvayq Qüdsdə hökumət əleyhinə nümayişdə öldürüldüyü zamanı yada salın.

1983-cü ildə etirazçılar Birinci Livan müharibəsinə qarşı yürüş edərək, baş nazir Menaxem Begin hökumətinin siyasətinə dair araşdırma komissiyasının rəylərinə, Beyrutdakı Sabra və Şatila qaçqın düşərgələrində xristian milislərinin törətdikləri qırğına görə İsrailin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Nümayişçilər müharibənin bəzi uğursuzluqlarına görə cavabdeh olan o zamankı müdafiə naziri Ariel Şaronun istefasını da tələb ediblər.

Bir qrup sağçı baş nazirin məqamına aparan yolun kənarında toplanmışdı. Onların arasında İsrail ordusu üzvündən əldə edilmiş əl bombası tutan sağçı fəal Yona Avruşmi də var idi.

Avruşmi qumbaranı izdihama atıb, Qrunzvayqı öldürüb və daha 7 nəfəri yaralayıb.

Təəssüf ki, yaralılar arasında Netanyahunun müttəfiqi Yuval Staynitz də vardı, o vaxtdan bəri o, ifrat sağçı olub.

Məhkəmədə Avruşmi orduda xidmət edərkən, təhrikedici təbliğata məruz qaldığını iddia edib, yəni solçular Begin hökumətinə müharibəni udmağa mane olublar.

Qruntsvayqın qətli siyasi parçalanmanın hər iki tərəfindəki insanları şoka salıb. Əvvəlcə bir-birini günahlandırdıqdan sonra hər iki düşərgə vəziyyəti daha da gərginləşdirməmək üçün diqqətli olub, İsrail cəmiyyətinin sürüşkən bir yamacda olduğunu anlayıblar.

Artıq yenə də bir hadisə qəzəb və məyusluğun şiddətə çevrilə biləcəyi sürəti və asanlığı göstərir.

Qısa tariximizdə bir neçə dəfə təhlükəli şəkildə vətəndaş müharibəsinə yaxınlaşmışıq: partizan hərəkətləri ləğv edilərkən, milislər üçün silah-sursat aparan “Irgun Altalena” gəmisinin Təl-Əviv sahillərində atəşə məruz qalarkən, baş nazir İtsak Rabin 1995-ci ildə keçirilən sülh mitinqində öldürülərkən və 2005-ci ildə Qəzza zolağının yaşayış məntəqələrindən çıxış zamanı.

İsraillilər arasında təməl birlik və uzlaşmanın tapılması xarici təhdidlərin mövcudluğunun daha da pisləşməsinin qarşısını alıb.

Ancaq indi mötədillik, məsuliyyət və vəhdət – hamısı ləkələnib.

Hazırda xarici düşmən – mikroskopik bir virusdur, lakin solçular sağçıların demokratiyaya və hüququn aliliyinə edilən hücumları həqiqi təhlükə sayırlar.

Hər iki düşərgə öz mövqelərinə sadiqdir və yalnız qarşılıqlı nifrət sayəsində möhkəmlənirlər.

Tərcümə: Strateq.az

Strateq.az

ƏVVƏLKİ XƏBƏR

Dünyanın ən məşhur həkimi - Koronavirusdan qorunmaq üçün 8 addım

SONRAKI XƏBƏR

İspaniyada koronavirusa görə fövqəladə rejimin müddəti uzadılıb