Tramp «İranda yoxa çıxmış» ABŞ polisi barədə məlumat verənə 20 milyon mükafat vəd edib

Tramp «İranda yoxa çıxmış» ABŞ polisi barədə məlumat verənə 20 milyon mükafat vəd edib

Tramp vəd edib ki, “FBİ” polisinin yeri barədə dəqiq məlumat verənə 20 milyon dollar mükafat veriləcək...

ABŞ hökuməti “İranda həbs edilən” Federal Təhqiqat Bürosu polisinin ölməsi məlumatını təkzib edib və dəqiq məlumat verənə 20 milyon dollar mükafat vəd verib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ötən gün Ağ Evdə mətbuat konfransı zamanı “İranda yoxa çıxdığı” deyilən Federal Təhqiqat Bürosunun polisi Robert Levinsonun ölməsi barədə xəbəri təkzib edib və onun hələ də sağ olduğunu bildirib.

Tramp, R. Levinsonun ailəsinin, polisin ölməsi barədə iddasının əsassız olduğunu deyib və əlavə edib ki, İran tərəfi bu barədə onlara bir şey deməyib.

Bundan öncə Levinsonun ailəsi polisin İran həbsxanalarında vəfat etdiyini demişdilər.

Tramp vəd edib ki, “FBİ” polisinin yeri barədə dəqiq məlumat verənə 20 milyon dollar mükafat veriləcək.

ABŞ tərəfi iddia edir ki, Robert Levinson 13 il öncə siqaret qaçaqmalçılığı ilə bağlı araşdırma üçün İranın Kiş adasına gedib və orada yoxa çıxıb.

İran tərəfi belə bir şəxs barədə məlumatlı olmadığını deyir.

Mənbə: www.interaztv.com