ABŞ-da koronavirusdan ölənlərin sayı 1042 nəfərə çatdı

ABŞ-da koronavirusdan ölənlərin sayı 1042 nəfərə çatdı

ABŞ-da koronavirusun (Kovid-19) baş verməsi nəticəsində ölənlərin sayı 1042, yoluxmaların sayı isə 69 min 144-ə çatıb.

Sonxeber.az xəbər verir ki, ABŞ-da yoluxmaların sayı gündən-günə artarkən, daha 2 ştatda fövqəladə vəziyyət elan edilib.

ABŞ prezidenti Donald Tramp, koronavirus epidemiyası ilə mübarizə çərçivəsində fövqəladə hal elan etdiyi 7 ştatda ölənlərin sayınının artdığı halda Nyu-Yorkda yoluxmaların sayı 3333, ölənlərin sayı isə 366-ya çatıb.

Belə ki, epidemiyanın təsirli olduğu Vaşinqtonda yoluxmaların sayı 3 min 50, həyatını itirənlərin sayı isə 133, Kaliforniya ştatında yoluxma sayı 3150, virusunun yayılması nəticəsində ölənlərin sayı 67, Florida ştatında yoluxmaların sayı 777 minə, ölənlərin sayı isə 23, Texas ştatında yoluxma sayı 331 min, epidemiya səbəbiylə ölənlərin sayı isə 17, İIIinos əyalətində yoluxma sayı 869 min, ölənlərin sayı isə 19, Luizianadakı yoluxma sayı 798 min, ölənlərin sayı 65-ə çatdığı açıqlanıb.

Mənbə: sonxeber.az