Mübariz Mənsimov həbsxanadan buraxıla bilər

Mübariz Mənsimov həbsxanadan buraxıla bilər

Mübariz Mənsimov həbsdən çıxa bilər.

Məlum olduğu kimi 15 mart tarixində həbs olunan xeyriyyəçi iş adamı Mübariz Mənsimov hələ də Türkiyədəki Silivri həbsxanasında saxlanılır.

Mənsimovun vəkilləri isə onu həbsdən azad etmək üçün çalışırlar.

Mənsimova yaxın şəxslərdən əldə edilən məlumata görə, bu həftə ərzində vəkilləri məhkəməyə müraciət edib və Mənsimovun həbsxanadan azad edilməsini, ev həbsində saxlanılmasını tələb ediblər.

Qeyd edək ki, iş adamı artıq 10 gündən çoxdur ki, aclıq aksiyasını davam etdirir.

Mənbə: ednews.net