Britaniyanın Macarıstandakı səfirinin müavini koronavirusdan öldü

Böyük Britaniyanın Macarıstandakı səfirinin müavini Stiven Dik Budapeştdə koronavirus xəstəliyindən ölüb. Azvision.az xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb. Məlumatda vurğulanıb ki, 37 yaşlı Dik sədaqətli bir diplomat idi və ölkəsini peşəkarcasına təmsil edirdi.

Qeyd edək ki, o, 2008-ci ildən diplomatiya sahəsində çalışmağa başlayıb. Daha əvvəl Əfqanıstanda və Səudiyyə Ərəbistanında işləyib.

Ötən ilin payızında Budapeştdə bir il intensiv macar dili təhsili aldıqdan sonra vəzifəsinə başlayıb. Meksikadan tətildən dönən diplomat özünü pis hiss edib və onun koronavirusa yoluxduğu məlum olub. Dik xəstəxanada vəfat edib.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda narkotacir saxlanıdlı

SONRAKI XƏBƏR

Yaşlı nənəsinə bazarlıq edən gənc qız bu addımıyla sosial mediada gündəm oldu - FOTOLAR