“Onlar hərbi obyektlərə girir, şahidləri ovlayır, qəbiristanlıqlara gedirlər”

Rusiyanın müdafiə naziriSergey Şoyqu Avropada təhsil alan və hökumətə müxalif olan aktivistlərlə bağlışok etiraf səslədirib.

Moderator.az rusmediasına istinadən xəbər verir ki, müdafiə naziri Avropa təhsili görən və Qərbləəlaqəsi olan aktivistlərin Rusiyanın müdafiə qabiliyyəti üçün ciddi təhlükəolduğunu bildirib. Şoyqu qeyd edib ki, bu aktivistlər internet vasitəsi ilə qapalıobyektlərə girməyə cəhd edir, yaralıların olduğu xəstəxanalara, qəbiristanlıqlara,anım məraismlərinə gedir, bütün məxfi məlumatlara sahib olmağa, bu məlumatlarıbeynəlxalq səviyyədə ictimaiyyiləşdirməyə çalışırlar. Nazir onların dövlətə məxsusqapalı obyektlər haqqındakı məlumatları internet vasitəsi ilə yaymasınınRusiyanın müdafiə qabiliyyəti üçün ciddi təhdid olduğunu bildirib.

Şoyqu qeyd edib ki, buhücumların qarşısını almaq, habelə bu əməli törədənləri ciddi şəkildə cəzalandırmaqüçün qanunvericiliyin tənzimlənməsinə ehtiyac var. Bu məqsədlə də FederasiyaŞurasına müraciət edən müdafiə naziri Rusiyanı ruslardan qorumaq üçün hüquqibazaya zəruri dəyişikliklərin edilməsini tələb edib.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Yaşlı nənəsinə bazarlıq edən gənc qız bu addımıyla sosial mediada gündəm oldu - FOTOLAR

SONRAKI XƏBƏR

Rusiyada məktəblər yeni dərs ilinə kimi bağlı qala bilər