"Moskvada bu epidemiyaya işğalçı layihələrin reallaşdırılması üçün əla fürsət kimi baxırlar"-RƏY

"Moskvada bu epidemiyaya işğalçı layihələrin reallaşdırılması üçün əla fürsət kimi baxırlar"-RƏY

Planeti cənginə alan koronovirus pandemiyasından Rusiya öz ambissiyalarını həyata keçirməyi planlayır. Kremldə düşünürlər ki, Avropanın iqtisadiyyatı zəifləyəcək və Rusiyaya daha da möhtac olacaq, bununla da Şərqi Avropanı öz nəzarətinə götürə biləcək.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a danışıb.

Politoloq bildirib ki, bu epidemiyaya Moskvada öz işğalçı layihələrini reallaşdırması üçün əla fürsət kimi baxırlar:

"Ona görədə Putin daha da avanatjlı görünür və Rusiyanın təsir dairəsinin genişləndirəcəyini və fövqəlgüc olacağı qənaətindədir. Fikir versək, Putin virusa meydan oxuyan kimi xəstəxanalara baş çəkir, heç bir şey olmayacaq kimi daha da Rusiyanın mövqeyini güclü olduğunu nümayiş etdirir.
Rusiya ilk növbədə Belarusu öz nəzarətinə almaq və sonrakı prosedə Ukraynanı nəzarətə götürməyə çalışacaq. Amma Kremlin bu planları reallaşmayacaq. Qeyd edim ki, Putin Rusiya konustitusiyasında dəyişilik etməklə özünün hakimiyyətdə növbəti mərhələdə qalmasını saxlamaqla bir növ işğalçı siyasətlərini reallaşdırmağa çalışacaq. Həmçinin Rusiyanın tərkibində olan respublikaların və millətlərin hüquqlarını azaltmaqla mərkəzdənqaçma meyillərinin qarşısını almağı planlayır. Çünki yeni bir işğal faktorunu həyata keçirərsə, ölkə daxilində müstəqillik ideyaları ortaya çıxa bilər.

Hazırda Rusiyanın tərkibində olan respublikalarda narazılıqlar var. Əsasən Şimali Qafqaz respublikalarında müəyyən bir təbəqə Rusiyadan narazıdır. Yeni konstitusiya qəbul edildikdən sonra subyektlərdə narazalıqlar daha çox artacaq. Ümumiyyətlə Rusiyanın yeni konstitusiya referendumuna federasiya tərkibində respublika əhalisinin səsverəməsi real görünmür. Bu da Rusiyanın zəifləməsinə gətirəcək.
Əgər, Rusiya Şərqi Avropa və Cənubi Qafqaza qarşı öz geosiyasi ambissiyalarını və aqressiyasını artırarsa, Fedrasiya tərkibində respublikalar Moskvaya qarşı öz müstəqillik uğrunda mübarizəsinə başlaya bilərlər. Ona görəvdə Putinin yeni ittifaq və işğal planları Rusiyanı daxildən parçalanmasına gətirə bilər.
Rusiyanın əsas hədəfi Şərqi Avropa və Mərkəzi Asiyadır. Hələki müəyyən vasitələrlə Cənubi Qafqaza nəzarət mexnizmini əlində saxlayır. Amma burada güclənməyi mümkün olmayacaq".

Mənbə: sonxeber.az