Koronavirus Putini qorxutmadı

Koronavirus Putini qorxutmadı

Rusiya Prezidenti Vladimir Putin yeni növ koronavirusun (Covid-19) yayılması şəraitində belə əl verib görüşmək vərdişindən vaz keçməyib.

Sonxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, prezident Vladimir Putinin epidemiyaya qarşı bütün lazımi tədbirlərə əməl etdiyini söyləyib.

Putin yaxınları ilə niyə əl verib görüşməyə davam edir sualına isə Peskov "Səbəbini bilmirəm, amma bütün zəruri tədbirlərə və dezinfeksiya qaydalarına riayət edir" deyərək cavab verib.

Qeyd edək ki, Moskvanın yaxınlığındakı Kommunarkada Koronavirus xəstəxanasını ziyarət edən Putin, xəstəxananın baş həkimi Denis Protsenko ilə də əl ilə salamlaşıb.

Peskov bu görüşməyə isə açıqlamanı belə bildirib: "Koronavirusla mübarizə aparan əsas xəstəxananın baş həkimi ilə yəqin inamla və sakit şəkildə görüşülməlidir".

Şəlalə Babayeva

Mənbə: sonxeber.az