"Sayiələrin qaynaqlandığı yer sosial şəbəkələrdir"-Deputat

"Sayiələrin qaynaqlandığı yer sosial şəbəkələrdir"-Deputat

"Koronavirusun ölkəmizdə geniş yayılmamısı üçün qabaqlayıcı tədbirlər görülüb".

Bunu Sonxeber.az-a danışan deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin bu istiqamətdə atdığı addımlar nümunəvi addımlardır: "İanə fondunun yaradılmasını, karantin rejiminin tətbiq olunmasını müsbət dəyərləndirirəm. Qalır maarifçilik işlərinin miqyasının genişləndirilməsi. Düşünürəm ki, bu istiqamətdə müəyyən boşluqlar var. Sosial şəbəkələr insanları televiziyalardan ayırıb. Sayiələrin qaynaqlandığı yer isə sosial şəbəkələrdir. Bu yaxınlarda Kimya üzrə Nobel mükafatı laureatı Maykl Levitt maraqlı bir ifadə işlətdi: "Əsas məsələ panikanı nəzarətə götürməkdən ibarət olmalıdır." İndi sosial şəbəkələrdə kiminsə dünyasını dəyişməsi haqqında məlumat veriləndə dərhal düşünülür ki, ölüm halı koronavirusdan baş verib. Bu məsələdə vətəndaşlar həm məsuliyyətli, həm də intizamlı olmalıdırlar. İntizamlılıq cəmiyyətin xeyrinədir. Məsuliyyətli olmaq isə insanın öz xeyrinə. Yaxşı olardı ki, indiki situasiyada insanlarımızda bu iki keyfiyyət birləşsin".

Aysel Yusifqızı

Mənbə: sonxeber.az