Karantin rejimi deputatlara şamil olunmayacaq

Karantin rejimi deputatlara şamil olunmayacaq

"Deputat statusu haqqında” qanuna və Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik ediləcək.

Pravda.az-ın xəbərinə görə, bu barədə qanun layihələri Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Dəyişikliklər Milli Məclisin plenar iclaslarının 2020-ci il dekabrın 20-nə qədər elektron keçirilməsi qaydası və karantin rejiminin deputatlara şamil olunmamasını nəzərdə tutur.APA

Mənbə: pravda.az