İraq ABŞ-ın yeni silah və texnikalarını Eyn əl-Əsəd bazasına gətirilməsinə görə xəbərdarlıq edib

İraq ABŞ-ın yeni silah və texnikalarını Eyn əl-Əsəd bazasına gətirilməsinə görə xəbərdarlıq edib

Eastnews.org-un verdiyi xəbərə görə, İraq təhlükəsizlik mütəxəssisi Əmir Əbdülmunim Saidi, "Həşd-Şabi" müqavimət hərəkatını hədəf almaq üçün Eyn əl-Əsəd bazasına yeni silah, texnika gətirilməsi barədə xəbər verib.

Bu barədə "almaalomah" saytı məlumat yayıb.

Məlumata görə, Əmir Əbdülmunim Saidi bildirib ki, ABŞ-ın hərbi texnika, "Patriot" sisteminin hissələrini Eyn əl-Əsəd bazasına təhvil verməsi ilə bağlı məlumatımız var. Bazaya hərbi texnikanın yığılmasından məqsəd "Həşd-Şabi" müqavimət hərəkatının Suriya sərhəddində olan qruplarına qarşı əməliyyatlar keçirməkdir.

Təhlükəsizlik mütəxəssisi, həmçinin ABŞ-ın İraq və Suriya arasındakı Anbar səhrasında olan terrorçulara dəstək verəcəyini də qeyd edib:

"ABŞ, İraq daxilində və Suriyada mühasirəyə alınan terrorçular üçün yeni bir qərargah qurmaq üçün çalışır".

Mənbə: eastnews.org